lk dəfə Hindistanda ortaya çıxan və sürətlə dünyaya yayılan koronavirusun “Delta” ştammına daha bir ölkədə rast gəlinib.
525.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, virus Livanda 3 nəfərdən götürülmüş nümunədə aşkarlanıb. Qeyd edək ki, xəstəliyin sayının artdığı ölkədə son 24 saat ərzində 210 yeni yoluxma olub, virus səbəbindən 2 nəfər ölüb.