https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
https://525.az/img/pics/medium/2024-04/311917_xxohqnysa4.png Marketlərdə dəmirlə zənginləşdirilmiş un satılacaq
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qədim Tyan-Şan qarı - Ağacəfər Həsənli - 70
search
30 Aprel 2024
29 Aprel 2024

Azarkeş nazir - İdman

VƏ YA SIRAVİ "NEFTÇİ"SEVƏR EMİN ƏMRULLAYEV

Azarkeş nazir - İdman

İbrahim CƏFƏROV

İyulun 14-də Çempionlar liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" "Bakcell Arena"da Tbilisi "Dinamo"sunu qəbul edirdi. Oyunun gedişindən, nəticədən çoxları xəbərdardır.

Qısaca qeyd edək ki, səfərdə olduğu kimi, cavab oyununda da 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu növbəti mərhələyə adladı.

Oyundan sonra sosial şəbəkələrdə yayılan bir foto maraqla qarşılandı. Söhbət təhsil naziri Emin Əmrullayevin tribunada, sıravi azarkeşlər arasında çəkilən fotosundan gedir. Düzdür, həmişəki kimi bardağa dolu deyil, boş tərəfindən baxanlar da tapıldı. "Futbola yox, təhsilə baxmalıdır", "Təhsil ofsayddadır" tipli şərhlərlə fotoya münasibət bildirənlər də vardı. Amma ümumi götürdükdə bu cür azsaylı yanaşmalara baxmayaraq, nazirin stadionda sıravi azarkeşlərin arasında oyuna baxması Azərbaycan reallığında həm maraqlı, həm də təqdir olunası məqamdır. Çünki buna qədər biz bu cür halları yalnız Avropa ölkələrində görmüşük. Düzdür, Azərbaycanda da daha əvvəl futbola baxmağa gələn nazirlər olub. Amma onlar görüşə sıravi azarkeşlərin arasında deyil, VİP-də tamaşa ediblər. Gələndə də hər naziri maşın karvanı, onlarla şəxs müşayiət edərdi. Amma Emin Əmrullayevin dünən stadiona gəlişi seçilirdi. Müşahidələrimizə əsasən deyə bilərik ki, ətrafında yalnız 2-3 nəfər var idi, onlardan da biri səhv etmiriksə, nazirliyin mətbuat xidmətinin rəhbəri idi. Digər iki şəxs isə görünüşlərindən qətiyyən mühafizəçiyə bənzəmirdilər...

Halbuki sıravi azərbaycanlının təsəvvüründə buna qədər nazir əlçatmaz şəxs olub. 10 il qabaq stadionda, yaxud hansısa başqa bir məkanda nazirə yaxınlaşmaq olardı? Nəinki nazirə, onun müavininin müavininə belə yaxın düşmək üçün əməlli-başlı "sədd" yarmalı olurdun. İndi isə vəziyyət yavaş-yavaş dəyişir...

Gördüklərimizə əsasən deyə bilərik ki, Emin Əmrullayev əsl futbol azarkeşidir. Özü də "Neftçi"sevərdir. Sıravi azarkeşlərin əhatəsində əyləşən nazir oyunun gedişini çılğınlıqla izləyirdi. "Neftçi"nin təhlükəli hücumları zamanı ayağa qalxır, rəqib qapımıza doğru yaxınlaşanda isə başını tuturdu. "Neftçi"nin qol vurduğu epizodlarda isə durub ayağa qışqırır, sevincini ətrafındakı, tanımadığı insanlarla bölüşürdü. Əsl azarkeş kimi.

Kimlər üçünsə bu yazdıqlarımız adi gələ bilər, "nazir də adamdır da, burada nə var ki" deyənlər də tapılacaq. Amma bir daha təkrar edirik ki, bu cür hadisə Azərbaycan futbolu tarixində ilk idi. Ən azı 25 ilə yaxındır Azərbaycan klublarının və millilərinin oyunlarını mütəmadi stadiondan izləyən biri kimi deyə bilərəm ki, buna qədər heç bir naziri sıravi azarkeşlərin arasında, tribunada görməmişəm. Bizdə nəinki hökumət adamları, hətta adi azarkeşlərin böyük hissəsində  anlaşılmaz VİP sevgisi var. Hamı oyuna VİP lojadan, fəxri qonaqların arasında baxmaq istəyir. Vaxtilə klubda, millidə işləyərkən bu cür hallarla çox rastlaşmışam. Bu gün klublarda, millidə, AFFA-da çalışanlar da təsdiqləyər ki, vacib oyunlardan öncə telefon zənglərinin ardı-arası kəsilmir. Hamı oyuna pulsuz bilet - özü də VİP-dən - istəyir. Təhsil naziri Emin Əmrullayevin bu fotosu isə çoxlarına nümunə olmalıdır. Stadionda, tribunada hamı azarkeşdi - fərq etməz, sən nazirsən, yoxsa sıravi vətəndaş...

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.