https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
30 Aprel 2024

Bir gecənin iki qalibi - Ali Baş Komandan və Qurban Qurbanov İbrahim Cəfərov yazır

Bir gecənin iki qalibi - Ali Baş Komandan və Qurban Qurbanov İbrahim Cəfərov yazır

İbrahim CƏFƏROV

7 oktyabr - Azərbaycanın tarixinə düşəcək bir gün. Həm siyasi, həm də idman baxımından. İkinci mənə daha yaxın olduğu üçün futboldan başlayaq.

7 oktyabr tarixinə Bakı vaxtı ilə 1 saat qalmış Azərbaycan futbolunun Avropadakı qüruru "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxdı. Rəqib son zamanlar heyətini xeyli gücləndirmiş "Olimpiakos" idi. Heyətə cəlb olunan ulduzlardan təkcə birinin - son illər Madrid "Real"ının heyətində mümkün olan bütün titulları qazanan, müasir futbolda ən yaxşı sol cinah müdafiəçilərindən biri kimi qəbul olunan Marselonun adını çəkmək kifayət edər. Rəqib hər nə qədər güclü olsa da, "Qarabağ" artıq elə bir səviyyətə çatıb ki, Qurban Qurbanovun da dediyi kimi, azarkeşlər hər bir oyunda komandadan qələbə gözləyirlər, rəqibin kimliyi fərq etmir.

Oyunun prinsipallığını artıran bir əsas məqam da "Olimpiakos"un təmsil etdiyi ölkə ilə bağlı idi. Yunanların türklərə necə nifrətlə, ermənilərə isə əksinə, hansı məhəbbətlə yanaşdıqlarını xüsusi vurğulamağa ehtiyac yoxdu, bütün dünya bundan xəbərdardır. Təkcə elə "Qarabağ"la oyunda azarkeşlərin stadionda erməni bayrağını dalğalandırmasını xatırlatmaq kifayətdir.

Bir neçə il əvvəl "Qəbələ" ilə birgə Afinada səfərdə olduğumdan yunanların fanatikliyinin canlı şahidiyəm. Əminliklə demək olar ki, yunanlar futboldakı çılğınlıqlarına görə dünyada öncüllərdəndir. Stadionda rəqib üçün yaratdıqları atmosferi "cəhənnəm"dən başqa heç bir söz tam dəqiq ifadə edə bilməz.

Amma "Qarabağ" bu cəhənnəmdən qəhrəman kimi çıxdı. Tribunada azarkeşlərin yaratdıqları atmosferlə rəqibə yaşatmaq istədiyi cəhənnəmi Qurban Qurbanovun komandası meydanda "Olimpiakos"a yaşatdı. İkinci hissədə ard-arda gələn qollar yunanların çöküşü, "Qarabağ"ın növbəti zəfərinin təntənəsi idi. "Qarabağ"ın məğlubiyyəti üçün ən azı yunanlar qədər alışıb-yanan ermənilərin ölkəsində matçın yayımı 68-ci dəqiqədə - Ağdam klubu hesabı açdıqdan sonra dayandı. Siyasət meydanında olduğu kimi, futbol arenasında da Qarabağ zəfərimizə qısqanclıqla yanaşdılar. Azərbaycan klubunun möhtəşəm zəfərinə şahid olmağı qəbullana bilməyən təkcə Ermənistan televiziyası deyildi. İkinci qoldan sonra yunanlar da xislətinə görə dığalardan heç də geri qalmadıqlarını növbəti dəfə sübut etdilər. Görüşü Yunanıstanda yayımlayan televiziya kanalı da 82-ci dəqiqədən başqa bir oyuna keçid aldı...

3:0 hesablı qələbə Qurban Qurbanovun və komandasının yunanlara/ermənilərə tərs şilləsi, Ermənistan bayrağı dalğalandıran, stadiondakı azərbaycanlı futbolsevərlərə hücum edən, petarda atan yunanlara ən yaxşı cavabı idi.

"Qarabağ"ın yaşıl meydanda gücünü bütün Avropaya nümayiş etdirdiyi dəqiqələrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də Praqada tarix yazırdı. Çexiya paytaxtında İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqlarının yekununda qəbul olunan bəyanat Bakının növbəti diplomatik qələbəsi kimi tarixə düşdü. Sənədin müddəalarına bir-bir varmayacam. Bu bəyannamənin qısa icmalı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Hansı ki, bunun üçün Azərbaycan diplomatiyası 30 ildir əmək sərf edirdi. Nəhayət ki, istəyimizə çatdıq. Artıq bütün dünya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu isə birmənalı şəkildə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin növbəti parlaq siyasi qələbəsidir.

 

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.