https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
search
3 May 2024

Avropa çempionatında karateçimiz finala vəsiqə qazanıb

Avropa çempionatında karateçimiz finala vəsiqə qazanıb

Azərbaycan karateçilərinin də qatıldığı yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, son yarış günündə 18-21 yaşadək gənclərimiz mübarizəyə qoşulublar. Karateçilərimizdən Əminağa Quliyev Jose Xavier (Portuqaliya), Maksim Krasnov (Rusiya) və Karmin Lusianonu (İtaliya) məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Pavle Dujakoviçə (BİH) qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi Burak Özdəmir (Türkiyə) olacaq.

Qeyd edək ki, qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.