https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

"Araz Naxçıvan" böyük hesablı qələbə qazanıb

"Araz Naxçıvan" böyük hesablı qələbə qazanıb

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib

525.az xəbər verir ki, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vurub, komandanın əsas mərhələyə vəsiqə qazanıb-qazanmaması digər oyunların nəticələrindən asılı olacaq. Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub.

Çempionlar Liqası

F qrupu, III tur

20:00. "Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4

Qollar: Maneka, 00"24"; 32"20". Pereyra Qonçalves Dos Santos, 18"16". Xətai Bağırov, 22"30"; 32"40" İsa Atayev, 23"33". Ramiz Çovdarov, 26"00" (penalti); 29"37" - Aleksandrs Kulesovs, 11"29". Marks Boqdanovs, 15"03". Dmitris Yakovlevs, 20"54". Artur Strajdins, 29"23

Qırmızı vərəqə: Sabara, 25"59" ("Raba"), Xətai Bağırov, 39"36" ("Araz Naxçıvan")

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda qrupdakı ilk görüşündə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.