https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
search
2 İyul 2026
1 İyul 2026

Röyanın fanatları etiraz aksiyası keçirəcəklər

Röyanın fanatları etiraz aksiyası keçirəcəklər

Fanatlar müğənninin Azərbaycanı tərk etməsi ilə barışmaq istəmirlər

Röya Ayxanın fanatları müğənninin evinə axışırlar. Milli.Az xəbər verir ki, yerli şou-biznesdə son günlərin ən çox danışılan mövzularından biri də tanınmış estrada ulduzu Röya Ayxanın vətəni tərk edib İstanbula köçmək istəyidir. Çoxları bu xəbəri ciddiyə almasalar da, üzülmək onun fanatlarının payına düşüb. Əldə etdiyimiz məlumata görə, neçə-neçə pərəstişkarı "Röya, sən bizimsən!", "Röya, getmə!" şüarlarının yazıldığı plakatlarla müğənninin Bakı kəndlərinin birində yerləşən evinin qarşısına axışacaqlar. Fanat aksiyasının günorta saatlarında başlanacağı bildirilir.

ANS PRESS-in məlumatına görə, müğənninin çoxsaylı sosial şəbəkədəki fanat səhifələrinin birində, "Bəzilərinin istəyi oldu!!! Röyamız ölkəmizi, bizləri tərk edib gedir. Niyə axı? Röyam sən bu qədər aciz deyilsən, niyə düşmənlərini sevindirirsən? Röyamızın getmeyinə sevinənlər heç də sevinməyin, çünki onun bir əli hər zaman Azərbaycanda olacaq, meydani sizə buraxmaz. Heç kim onun yerini tuta bilməz! Heç kim! Getmə, Röyam, bizim sənə ehtiyacımız var. Azərbaycan səninlə tanınır.. sən Azərbaycanın tək müğənnisisən Röya Ayxan!!! Biz neyləyərik axı sənsiz? Sən bizim Röyamızsan, qəlb kraliçamızsan, getmə :-(( ", və buna bənzər statuslar yazılıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.