
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən radio və xəbər agentlikləritərəfindən geniş işıqlandırılıb.
Bu haqda525.az-a Azərbaycanın Bolqarıstandakı Səfirliyində məlumata verilib. Məlumatda deyilir ki, “İlham Əliyev BMT-də: Ermənistan qəbul etməlidir ki, sülhün alternativi yoxdur”, “Ermənistan başa düşməlidir ki, sülhün alternativi yoxdur”, “İlham Əliyev Ermənistana: Sülhün alternativi yoxdur”, “Azərbaycanın Bolqarıstandakı Səfirliyi: Ermənistan başa düşməlidir ki, sülhün alternativi yoxdur” sərhövhəli məqalələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışına istinad edilərək qeyd olunur ki, Azərbaycan döyüş meydanında Ermənistanı məğlub etmiş və işğala son qoymuşdur. Məlumat verilir ki, Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal olunmuş və bu işğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunmuşdur.
Xəbərlərdə BMT TŞ tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul olunduğu, bu qətnamələrə, eləcə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən digər belə qərarlara Ermənistan tərəfindən məhəl qoyulmadığı bildirilir. Münaqişə boyu Ermənistanın məqsədinin status-kvonun saxlanılması və işğalın möhkəmləndirilməsi olduğu və Azərbaycanın özünün yuxarıda qeyd olunan qətnamələrin icrasını təmin etməsi qeyd olunur.
Ölkə başçısına istinad olunaraq qeyd olunur ki, Azərbaycan münaqişəni həll etmiş, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir. Münaqişə bitdiyinə görə, Azərbaycan iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə, eləcə də iki ölkə arasında suverenliyin və ərazi bütövlüyün qarşılıqlı tanınmasına əsaslanan sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan etmişdir.
Məlumatlarda bildirilir ki, Ermənistan regional əməkdaşlıq və qonşulara münasibətdə əsassız və qeyri-qanuni ərazi iddiaları arasında seçim etməlidir. Bu xüsusda dünya birliyi də müsbət rol oynamalı və Ermənistanı sülhün alternativi olmadığınainandırmalıdır.




