
Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ilə görüşüb.
525.az Report-a istinadən xəbər verir ki, görüş zamanı R. Tağıyev etnik xalqların, o cümlədən azərbaycanlıların son zamanlar həyata keçiridyi yeni layihələr barədə məlumat verib. O qeyd edib ki, xüsusilə Ukraynanın mədəni və sosial həyatında daha sıx tədbirlər keçirirlər. Tağıyev eyni zamanda etnik xaqların, o cümlədən azərbaycanlıların ölkənin ictimai siyasi və idman sahəsi ilə yanaşı seçkili orqanlarda da fəallığını diqətə çatdırıb.
Nazir V. Qutsayt isə bildirib ki, Ukrayna etnik müxtəlifliyə malik ölkədir və ölkədəki etnik millətlərə məxsus xaqların fəallığı onu məmnun edir:
“Məsələn, Ukrayna Azərbaycanlıları Gənclər İttifaqı (UAGT) buna misaldır” - deyə, o əlavə edib.
Nazir azərbaycanlı gənclərin də fəallığını təqdir edərək, onları istənilən müvafiq layihələri ilə bağlı fəal əməkdaşlığa çağırıb. Sonda nazirlik ilə Assambleya arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması məsələsi müzakirə olunub. Görüşdə nazir müavini Andrey Çesnokov, Nazirliyin Gənclər siyasəti Departamentinin direktor müavini Alesya Kravçenko da iştirak ediblər.



