|
|
|
|

Qırğızıstan Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
525.az-ın xəbərinə görə, bu barədə Qırğızısan XİN-in "Twitter" hesabında paylaşım edilib.
"Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu 8 noyabr günü münasibətilə qardaş Azərbaycan Respublikasını təbrik edirik", - təbrikdə qeyd olunub.



