|
|
|
|

Sabah Milli Məclisdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçiriləcək.
525.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Dinləmədə Milli Məclisin deputatlarının, əlaqədar qurumların rəsmi şəxslərinin iştirakı gözlənilir.



