|
|
|
|
2 Fevral Azərbaycanda Ümumrespublika Gənclər Günü kimi qeyd olunur.
525.az xəbər verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar gün Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
Azərbaycanın intellektual gənclərinin inkişafı ilə bağlı dövlət siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyularaq, bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Gənclərlə bağlı məsələlər dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edilir, Hazırda müxtəlif illəri əhatə edən məqsədyönlü dövlət proqramlarının icrası nəticəsində ölkəmizin ictimai-siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şərait yaradılıb, məqsəd, prinsip və istiqamətlər müəyyən edilib.
Mövzu ilə bağlı daha ətraflı məlumatı “525-ci Kanal” təqdim edir:
Nigar Abbasova