Adı tarixdə 100 ən çox araşdırılan alim siyahısına daxil edilən Çarlz Rabert Darvin 12 fevral 1809-cu ildə Birləşməş Krallığın Şruzberi şəhərində dünyaya gəlib.
525.az xəbər verir ki, əsas diqqətini fərqli canlılarda mövcud olan eyni orqanlara yönəltmiş alimin tədqiqat obyekti təbiət tarixi, təkamül təlimi idi.
1842-ci ildə növlərin mənşəyi ilə bağlı ilk oçerkini yazan alimin 1844-cü ilin oktyabrında anonim olaraq nəşr olunan və canlıların ilkin əcdadlarından bəhs edən “Vestiges of The Natural History” adlı əsəri təbiətşünaslar tərəfindən ciddi tənqidlərə məruz qaldı.
22 noyabr 1859-cu ildə Darvin "Növlərin əmələ gəlməsi və təbii seçmə" əsərini nəşr etdirir. Bununla da təkamül nəzəriyyəsi gündəmə gəlir. Kitab populyarlıq qazanaraq kəskin tənqidlərə səbəb olur. Çarlz Darvin simial nəzəriyyələri- yəni meymundan yaranma ideyasını elmə gətirməklə günahlandırılır.
Haqqında daima qərəzli fikirlər səsləndirilən alimlə bağlı daha ətraflı “525-ci Kanal” videomaterialı təqdim edir:
Nigar Abbasova