Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak öz Tvitter hesabında Rusiya ilə danışıqlar barədə yeni paylaşım edib.
525.az xəbər verir ki, M.Podolyak paylaşımında Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb. O, Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib.
Bildirib ki, bunlar atəşkəsin əldə edilməsi, döyüşlərin dərhal dayandırılması, dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.