“Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalına bir ildən artıqdır ki, direktor təyinatı həyata keçirilməyib.
Lent.az-ın məlumatına görə, adıçəkilən kanala rəhbərlik edən Cəmil Quliyev ötən ilin aprelindən İctimai Televiziyaya rəhbərlik edir. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Lent.az-a açıqlamasında bildirib ki, hələlik kanala rəhbər təyin edilməyib: “Direktorun vəzifəsini isə hazırda müavinlər (İlham Rəhimli və Nadir Axundov) icra edir”.
Kanala direktor təyinatının gecikməsinə gəlincə, “Bu bizdən asılı olan məsələ deyil. Təyinat olursa, mətbuata məlumat veriləcək”-deyə, X. Qasımova əlavə edib.