ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.
Bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir.
"Misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi demək olar ki, başa çatıb. Son qrup - missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik indi Ukraynanı tərk edəcək", - deyə hesabatda qeyd olunb.
***
ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasının Mariupoldakı ofisi atəşə tutulub.
525.az xəbər bu barədə ATƏT-in müşahidə missiyasının hesabatında bildirib.
“Martın 6-da səhər saat 11:30 radələrində ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasının binası atəşə tutulub. Missiyanın rabitə avadanlığı sıradan çıxarılıb və iki avtomobil də yanıb”, - deyə məlumatda bildirilib.