Bakıda şəhərindəki ruhi xəstəxanada bədbəxt hadisə baş verib.
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında qeydə alınıb. Orada müalicə alan 1981-ci il təvəllüdlü Xatəm Məhəmməd oğlu Xalıqov xəstəxananın 2-ci mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə Travmatologiya Xəstəxanasına yerləşdirilib.
Hadisənin intihara cəhd olub-olmadığı araşdırılır.