APA-nın şimal bürosunun verdiyi məlumata görə, bıçaqlanan şəxs Quba rayonunun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğludur.
Xaçmaz rayon Xəstəxanasına yerləşdirilən F.Məmmədova döş qəfəsəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
F. Məmmədov qaynının oğlu tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir.