
Bolqarıstanın paytaxtı Sofiyada “Arşın mal alan” tamaşası nümayiş etdirilib.
525.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında bildirib.
“Sofiyada bütün zamanların operettası - “Arşın mal alan” tamaşaya qoyuldu. Xalq melodiyalarına əsaslanan və klassik musiqinin çalarları ilə zənginləşdirilmiş valehedici musiqi. Dünya şöhrətli Azərbaycani bəstəkarı Üzeyir Hacıbəyovun şah əsəri böyük alqışlarla qarşılanıb”, - XİN rəmisi vurğulayıb.



