Bakıda baş verən intihar hadisəsi ilə bağlı araşdırma aparılır.
525.az xəbər verir ki, paytaxtın Xətai rayonunda 35 yaşlı Vüsal Məlikovun özünü asaraq öldürməsi ilə bağlı prokurorluqda araşdırmalara başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı araşdırma Xətai rayonu Prokurorluğunda aparılır.
Qeyd edək ki, Vüsal Məlikovun “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı evində özünü qalstukla asaraq öldüyü bildirilir. Əslən Salyan rayonundan olan Vüsal Məlikov Bakıda fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibidir.