Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib.
525.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq. O isə 23,15% səs toplayıb.
Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də baş tutacaq.