Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Vaqif Səməd oğlu Vəkilov (Vaqif Səmədoğlu) "İstiqlal" ordeni ilə təltif edilsin.