|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb.
AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb.
"Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək", - Anar vurğulayıb.
Xalq yazıçısı qurultayın tarixinə də toxunub.
"Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq", - Anar qeyd edib.