Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun 65 illik yubileyi münasibətilə onunla görüş keçirib.
Bu barədə APA-ya Mədəniyyət nazirliyindən məlumat verilib.
Bildirilib ki, Elnur Əliyev Alim Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqramını da çatdıraraq ona möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayıb.
Görüş zamanı, həmçinin, Alim Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər müzakirə olunub.