
İran dövlət televiziyası “Press Tv” Türkiyədə nüvə silahınıın olması haqda iddialar səsləndirib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Türkiyənin cənubunda yerləşən əsgər təlimi bazalarından birində 70 ədəd B60 nüvə bombası aşkarlanıb.
“Press Tv”-nin ərəb xəbər agentliyinə istinadən verdiyi məlumata görə, nüvə bombaları Türkiyənin Adana əyalətində aşkarlanıb. 3.53 metr uzunluğu, 320 kilo ağırlığı olan nüvə bombasının ABŞ-ın strateji silahlarından biri olması söylənilir.
Nigar Məhərrrəm



