https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Ronaldonun çöküşü - Məhəmməd Tağıyev yazır

Ronaldonun çöküşü -  Məhəmməd Tağıyev yazır

Məhəmməd TAĞIYEV

Ötən həftə "Mançester Yunayted"in Ronaldo barədə verdiyi qərar dünya mətbuatında gündəm yaratdı. Belə ki futbol tarixinin ən yaxşılarından biri olan Kriştiano Ronaldo klubun U-21 komandasına göndərildi. Buna səbəb "Tottenhem"lə oyunun 89-cu dəqiqəsində əvəzlənən 37 yaşlı ulduzun etiraz əlaməti olaraq birbaşa soyunub-geyinmə otağına getməsi idi.  İngiltərə mətbuatının yazdığına inansaq, klub adı son turda "Çelsi" ilə oyunun iştirak ərizəsinə salınmayan futbolçuya 837 min avro cərimə kəsib. "Tottenhem"lə oyundan 1 tur əvvəl karyerasında 800-cü oyununa çıxmış və klub tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırılışmış Ronaldonun hələ belə rəzil vəziyyətə düşdüyünü görməmişdik.

Ronaldonun karyerasına fikir versək, o, daim yüksəlişdə olub. Lakin son 1 ildə birdən-birə düşüş yaşaması heç də təəccüblü deyil. Bunun da bir neçə səbəbi var. Birincisi, futbolçu artıq yaşlaşıb, nə qədər təcrübəli olsa da, fiziki durumu və texnikası əvvəlki kimi deyil. İkincisi, klub seçimi baxımından buraxılan ardıcıl səhvlər. Ronaldo "Yuventus"u "Mançester Yunayted"ə dəyişməklə növbəti dəfə Çempionlar Liqasının qalibi olmaq istəyirdi. Amma unutmuşdu ki, "Qırmızı şeytanlar" son bir neçə ildə qeyri-stabil çıxış edirdilər, tez-tez məşqçi dəyişikliyi, qeyri-peşəkar idarəçilik klubu zəifləmişdi. Və belə bir vəziyyətdə "Mançester Yunayted"in Çempionlar Liqasının qalibi olmaq ehtimalı çox aşağı idi. Ronaldonun bu səhvini düzəltmək üçün yay fasiləsində imkanı var idi. "Napoli" və ya "Bavariya"dan gələn təklifləri dəyərləndirməməklə ikinci böyük səhvi etmiş oldu. Doğrudur, hər iki klub ona daha az məvacib verəcəkdi. Məhz pul söhbətinə görə futbolçu İngiltərədə qalmağı üstün tutdu. Ronaldonun üçüncü ən böyük səhvi intizamsızlığı ilə bağlıdır. Nə qədər dünyanın ən yaxşılarından olsan belə, klubun və baş məşqçinin qərarlarına hörmətlə yanaşmalısan. Yeri gəlmişkən, "Tottenhem"lə oyundakı intizamsızlıq ilk deyildi. Hələ yayda mövsümə hazırlıq çərçivəsində Tayland və Avstraliyaya getməyən Ronaldo məşqlərə komanda İngiltərəyə qayıdan zaman qoşulmaqla ilk intizamsızlığa yol vermişdi. Bundan başqa çempionatın gedişində "Norviç"lə oyun zamanı "Old Trafford"u erkən tərk etmişdi və hər iki halda cəzasız qalmışdı. Görünür, Ronaldonun sonuncu ərköyünlüyü Erik Ten-Haqın səbr kasasını daşırdı və futbolçu layiq olduğu cəzasını aldı.

Yeri gəlmişkən, son hərəkətlərinə görə üzr istəyən Ronaldonun cəzasının yüngülləşəcəyi, komandaya yenidən qatılacağı barədə rəsmi qərar verilməyib. Bu yaxınlarda Portuqaliya futbol tarixinin ən yaxşısı seçilən Ronaldo üçün qarşıdan Dünya Çempionatı gəlir. Yəqin ki, Ronaldonun bütün fikri-zikri mundialdadır. Güman ki, Qətərdəki Dünya Çempionatı onun karyerasında son mundial olacaq və futbolçu həmin birincilikdən yaxşı nəticə ilə, bəlkə də kuboku götürməklə ayrılmağı düşünür. Orada qazanılacaq uğur Ronaldonun gələcək karyerasına böyük təkan olacaq. Uğursuzluq halında belə portuqaliyalı ulduz qış fasiləsində "Mançester Yunayted"i tərk etməlidir. Əks təqdirdə növbəti səhvini etmiş olacaq.

 

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.