
Qədim Efes şəhərində aparılan qazıntılar zamanı yanğın təbəqəsi altında eramızın 7-ci əsrinə aid dükanlar və məhəllə qalıqları tapılıb.
525.az xəbər verir ki, Avstriya Elmlər Akademiyasının Avstriya Arxeologiya İnstitutunun direktoru və Efes Qədim Şəhər Qazıntılarının rəhbəri Sabine Ladstatter 2022-ci ildə aparılan qazıntılar zamanı sensasiya doğuran tapıntıya rastladıqlarını bildirib.
Arxeoloqların Erkən Bizans Dövrünə aid dükanların olduğu yerli məhəllə aşkar etdiklərini deyən Ladstatter: “Bu, Efesdə qədim şəhərin kult tikililərindən biri olan yamac evlərinin tapılmasından bəri ən əhəmiyyətli tapıntıdır", - deyib.
Tapıntıların mükəmməl şəkildə qorunduğunu vurğulayan Ladstatter: "Görünür, həmin yer eramızın 614-615-ci illərdə qəflətən yoxa çıxıb. Qalın və sıx od təbəqəsi otaqlardakı bütün məişət əşyalarını bürüyüb. Beləliklə, onların hamısı gələcək nəsillər üçün qorunub saxlanılıb. Bu tapıntı Pompey arxeoloji ərazisi ilə müqayisə oluna bilər, hətta baxmayaraq ki, onlar müxtəlif xronoloji dövrlərə aiddir”, - deyə açıqlamasında bildirib.
Yeni kəşf edilən ərazinin Roma şəhərinin siyasi mərkəzi olan Yuxarı Aqoranın düz yanında, Domitian meydanında olduğunu vurğulayan Ladstatter, növbəti araşdırmaların söküntünün təfərrüatları və söküntü üçün hansı nəticələrə səbəb ola biləcəyi üzərində dayanılacağını qeyd edib.
Malik Atilay



