
Qurban bayramı günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən 525.az-a verilən məlumata görə, oktyabrın 25-dən 28-dək respublikanın avtomobil yollarında 50-yə yaxın yol nəqliyyat hadisəsi baş verib, 17 nəfər ölüb, 60 nəfər xəsarət alıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.



