|
|
|
|

İraq Suriyaya gedən İran hava məkanına məxsus təyyarəni yerə endirib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Suriyaya gedən İrana məxsus təyyarə İraq hava məkanında yerə endirilib.
İran hava yollarına məxsus olan bu təyyarə Bəşər Əsəd üçün hərbi vasitələr daşıması şübhəsi ilə yerə endirilsə də təyyarədə hərbi sürsat aşkarlanmayıb.
“Röyter” xəbər agentliyinə açıqlama verən İraqın Mülki Aviasiya Rəhbərliyinin direktor köməkçisi Samir Kuba ötən gün İrandan Suriyaya gedən təyyarəni öz hava məkanlarında yerə endirdiklərini, içərisində yalnız çadırların və digər yardım vasitələrinin olduğunu söyləyib.
Xatırladaq ki, bu son bir ayda Suriyaya gedən ikinci təyyarədir ki, yerə endirilib.
Nigar Məhərrəm



