
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova "Zəfər sədası" bədii qiraət müsabiqəsində uğurla çıxış edərək üçüncü yerə layiq görülüb.
525.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbəmizin 2-ci ildönümünə həsr olunub.
Keçirilməsinin əsas məqsədi milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaq olan müsabiqədə aktrisamız Əjdər Olun "Azərbaycan" şeirini səsləndirib.
13 teatr və 1 təhsil ocağı olmaqla, ümumilikdə 22 nəfərin iştirak etdiyi tədbiri şəhid anaları, qazilər, sənət adamları, ziyalılar və media nümayəndələri izləyiblər.




