
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş 5 müstəqil ekspertdən ibarət nümayəndə heyəti İsveçi "sistemli irqçiliklə mübarizə aparmağa" çağırıb.
525.az xəbər verir ki, şuranın müstəqil ekspertləri İsveçi "sistemli irqçiliklə mübarizə" səylərini gücləndirməyə və polislə azlıq qrupları arasında etimadı bərpa etmək üçün strategiyalara diqqət yetirməyə çağırıb.
İrqi ədalət və bərabərlik ekspertləri Tracie Keesee, Yvonne Mokgoro və Juan Mendez Stokholm, Malmö və Lundda bir neçə danışıq aparıblar.
Müsahibələr zamanı ekspertlər rəngli insanlara qarşı irqi ayrı-seçkilik, sistematik və struktur irqçilik, həddindən artıq güc tətbiqi və digər insan hüquqları pozuntuları haqqında məlumat toplayıblar. Nümayəndə heyəti ölkəyə beşgünlük səfər çərçivəsində Ədliyyə Nazirliyi, Əmək Nazirliyi, Xarici İşlər Nazirliyi, Cinayətkarlığın Qarşısının Alınması üzrə Milli Şuranın nümayəndələri, Parlament Ombudsmanı və Bərabərlik Ombudsmanı, İsveç Polis Aparatının üzvləri, Penitensiar Xidmətlər, İsveç Milli İnsan Hüquqları İnstitutunun üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçılar, akademiklər və müxtəlif icmaların nümayəndələri ilə görüşüblər.
Malik Atilay



