https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

"İnsanlar məni ölkənin pullarını oğurlamaqda günahlandırırlar"

"İnsanlar məni ölkənin pullarını oğurlamaqda günahlandırırlar"

İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis DÇ-2014-ün D qrupunda Uruqvay millisinə məğlub olduqları oyundan (0:1) sonra bu qərara gəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında Prandelli bunları deyib: “Dörd ildir ki, dünya çempionatında uğur qazanmaq üçün çalışırdıq. Ancaq bir qırmızı vərəqə hər şeyi dəyişdi. İnsanlar məni və İtaliya Futbol Federasiyasını  ölkənin pullarını oğurlamaqda günahlandırırdılar. Həmişə vergiləri ödəmişəm. Başıuca gəzə bilərəm. İstəmirəm ki, kimisə qarət etdiyimi düşünsünlər. İstefa verirəm və qərarımı dəyişməyəcəm”.

Xatırladaq ki, İtaliya Uruqvaya uduzmaqla mundialla vidalaşıb.

Qeyd edək ki, Prandelli İtaliya Futbol Federasiyası ilə sözləşməsini 2016-cı ilə qədər uzatmışdı.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.