https://525.az/img/pics/medium/2026-07/396261_9fq0azsrol.jpg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Luis Suares yenə dişlədi

Luis Suares yenə dişlədi

Uruqvay millisinin hücumçusu Luis Suares yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, "Liverpul"lu futbolçu "DÇ-2014"də İtaliya ilə görüşdə (1:0) rəqibini dişləməsi ilə gündəmə gəlib.

Suares matçın ikinci hissəsində ikili mübarizə zamanı rəqib müdafiəçi Corcio Kellininin çiyinini dişləyib. Matçın baş hakimi Marko Rodriqes həmin epizoda görə Suaresi cəzalandırmayıb.

27 yaşlı futbolçunun bu hərəkətinə görə cəzalanıb-cəzalanmayacağı maraq doğurur. Lakin FİFA İntizam Komitəsinin artıq məsələ ilə bağlı araşdırmalara başladığı bildirilir. Uruqvayın 1/8 finalda Kolumbiya yığması ilə oyununa qədər Suaresin cəzasının açıqlanacağı gözlənilir.

Maraq üçün qeyd edək ki, Suaresin Kellininin çiyinini dişləməsi bir azarkeşə pul qazandırıb. Belə ki, mundialdan öncə Suaresin dünya çempionatında hər hansı bir rəqibini dişləyəcəyi ilə bağlı mərcə 175 kron (təxminən 22 manat) pul qoyuluşu edən norveçli azarkeş dünənki hadisədən sonra 5600 kron (732 manat) gəlir əldə edib.

Xatırladaq ki, Suares bundan əvvəl İngiltərə Premyer Liqasında "Çelsi"nin futbolçusu Branislav İvanoviçi dişləmiş və bu hərəkətinə görə 10 oyunluq cəzalandırılmışdı.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.