Avropa Kosmik Agentliyi və NASA-nın rəhbərlik etdiyi "Hubble" Kosmik Teleskopu qeyri-adi qalaktikaların birləşməsini görüntüləyib. Nəfəs kəsən görüntülər kosmik agentliklər tərəfindən paylaşılıb.
525.az xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın rəhbərlik etdiyi "Hubble" Kosmik Teleskopu qeyri-adi qalaktikaların birləşməsini görüntüləyib. "Arp-Madore 417-391" kimi tanınan birləşmə iki qalaktikadan ibarətdir. Təxminən 671 milyon işıq ili uzaqlıqda "Arp-Madore 417-391" Eridanos ulduzunda yerləşir. İki qalaktika cazibə qüvvəsi səbəbindən halqanı xatırladan bükülmüş görünür. Qalaktikaların nüvələri də yan-yana dayanır.
Məhəmməd Tağıyev