|
|
|
|
Beynəlxalq Kosmik Stansiyada olan NASA astronavtları 5 gündə ikinci dəfə kosmosa çıxıblar. Astronavtlar 7 saatı keçən missiya çərçivəsində ikinci günəş panelinin montajını başa çatdırıb.
525.az xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar yenidən stansiyadan çıxıblar. Bu missiyada "Dragon" adlı yük kapsulu ilə kosmosa göndərilən günəş panellərindən ikincisinin quraşdırılması tamamlanıb. İkinci panel də stansiyadan kənarda quraşdırılıb. 7 saatdan artıq işdən sonra montaj başa çatıb, stansiyanın enerji sisteminin daha da inkişafına nail olunub. Tədqiqatlardan sonra kosmosda tərəvəz yetişdirmə təcrübələri çərçivəsində pomidor toxumları əkiləcək.
Qeyd edək ki, noyabrın 29-da birincisi quraşdırılmış bu panellərdə qravitasiya mühitində sümük və dəri zədələrinin sağalma prosesləri də araşdırılacaq.
Məhəmməd Tağıyev