
Noyabr ayında inflyasiyanın gözləniləndən az artdığına diqqət çəkən ABŞ Prezidenti Co Bayden, qiymətlərin 2023-cü ilin sonuna qədər normala dönəcəyini gözlədiklərini və bu prosesdə qiymətlərin artmayacağını güman etdiyini deyib.
525.az xəbər verir ki, Bayden, noyabrda İstehlak Qiymətləri İndeksinin (CPI) gözləniləndən az, aylıq 0,1 faiz və illik 7,1 faiz artmasının ardından Ağ Evdə çıxış edib. Ardıcıl olaraq son 5 aydır inflyasiya nisbətində azalma gördüklərini deyən Bayden: "İnflyasiyanın iki rəqəmli şəkildə artdığı bir dünyada ABŞ-da inflyasiya azalır", - vurğulayıb.
Bütün bunlara baxmayaraq, ölkədə qiymətlərin hələ də yüksək olduğunu və bununla bağlı görüləcək çox iş olduğunu vurğulayan Bayden, son aylarda ərzaq və benzin qiymətlərində ciddi azalma olduğunu qeyd edib. Bir jurnalistin inflyasiyanın nə vaxt normallaşacağı ilə bağlı sualına Bayden: "Bunun gələn ilin sonuna qədər olacağını gözləyirik. Bu barədə dəqiq bir proqnoz verə bilmərəm, lakin qiymətlər daha artmamalıdır", - ifadələrini işlədib.
Məhəmməd Tağıyev



