
Enerji böhranının kölgəsində qalan Avropa ölkələrində soyuq havanın başlaması ilə təbii qaz çənlərinin doluluq nisbəti 87,3 faizə enib.
525.az xəbər verir ki, son bir ay ərzində Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada təbii qaza tələbat, mövsümdənkənar hava şəraiti sayəsində keçən ilin eyni dövrü ilə müqayisədə aşağı səviyyədə qalıb. Buda, əksər Aİ ölkələrində təbii qaz çənlərindəki doluluq nisbətini ay ərzində 94 faiz, Böyük Britaniyada isə 100 faiz səviyyəsində saxlamağa kömək edib.
"Gas Infrastucture Europe"dan verilən məlumata görə, dekabr ayı etibariylə özünü hiss etdirən soyuq hava şəraiti səbəbindən Aİ daxilində təbii qaz anbarlarının doluluğu əvvəlki aya nisbətən azalıb. Aİ təbii qaz anbarlarında doluluq nisbəti 13 dekabr tarixinə 87,3 faizə düşüb. Britaniyada bu nisbət 87,7 faiz olaraq hesablanıb.
Qeyd edək ki, Aİ ölkələri arasında ən yüksək qaz saxlama qabiliyyətinə malik Almaniyada, anbarların doluluq nisbəti dekabrın 13-nə olan məlumata görə 92,4, İtaliyada 87,2, Fransada isə 88,1 faizdir.
Məhəmməd Tağıyev



