
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 50 bənd artıraraq 4,25-4,50 faiz aralığına çatdırıb ki, bu da son 15 ilin ən yüksək səviyyəsidir.
525.az xəbər verir ki, Mərkəzi Bank faiz artırma qərarının yekdilliklə qəbul edildiyini açıqlayıb.
Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyini özündə ehtiva edən açıqlamaya görə, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin 4,25-4,50 aralığına qaldırılmasına qərar verilib.
Beləliklə, Federal Ehtiyat Sistemi faiz dərəcəsini 2007-ci ildən bəri ən yüksək həddə qaldırıb. Ardıcıl 4 iclasda uçot dərəcəsini 75 bənd artıran Federal Ehtiyat Sistemi, ilin son iclasında faiz artım tempini aşağı salıb.
Bazar gözləntiləri bankın faiz dərəcəsini 50 baza bəndi artırması idi. Yüksək inflyasiya qarşısında aktiv alış əməliyyatını mart ayında tamamlayaraq faiz artırmağa başlayan bank, mart ayı toplantısında 2018-ci ildən bu yana ilk dəfə 25 baza bəndi artımla faiz artımına qərar verib.
May iclasında 50 baza bəndi ilə 2000-ci ildən bu yana ən sürətli faiz artımını həyata keçirən FED, iyun toplantısında 75 baza bəndi ilə 1994-cü ildən bəri ən güclü faiz artımını həyata keçirmiş, iyul, sentyabr və eyni faizlə faiz dərəcəsini artırmışdır. Son artımla FED mart ayından bu yana faiz dərəcələrini cəmi 425 bənd artırıb.
Qeyd edək ki, ABŞ-da inflyasiya iyunda illik 9 faizlə 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra noyabrda 7,1 faizə düşüb.
Malik Atilay



