
Finlandiyada noyabrda illik inflyasiya 9,1 faizə yüksəlib. Məlumat 1983-cü ildə qeydə alınan 9,2 faiz oxunuşdan bəri ən yüksək göstəricidir.
525.az xəbər verir ki, Finlandiyada istehlak qiymətlərinin artmasının səbəbi elektrik enerjisi xərclərinin və ipoteka faizlərinin artması ilə bağlıdır.
Ölkənin statistika agentliyinin məlumatına görə, istehlak qiymətləri ötən ayla müqayisədə 1,2 faiz artıb, bu, əsasən elektrik enerjisinin bahalaşması və orta ipoteka faizinin artması ilə bağlıdır. Elektrik enerjisi xərcləri isə keçən illə müqayisədə aylıq 18 faiz artaraq 66 faiz olub. Həmçinin ipoteka üzrə orta faiz dərəcəsi 96 faiz artıb. Bu 2021-ci illə müqayisədə təxminən iki dəfə artım deməkdir.
Dizel yanacağının qiymətinin artması və istehlak kreditlərinin yüksək faiz dərəcələri də inflyasiyaya səbəb olan amillərdəndir. Habelə, ərzaq və alkoqolsuz içkilərin qiymətləri ötən noyabr ayı ilə müqayisədə orta hesabla 16 faiz artıb.
Finlandiya Statistika Agentliyi üçüncü rübdə ölkənin ÜDM-nin 0,3 faiz azaldığını və ardıcıl beş rübün artımını başa vurduğunu bildirib.
Finlandiyalı iqtisadçılar, analitiklər isə tənəzzülün 2023-cü ilə qədər davam edəcəyini proqnozlaşdırırlar.
Fərid Sançar



