
Misirin Aralıq dənizindəki "Nergis" quyusunda böyük təbii qaz ehtiyatı aşkarladığı bildirilib.
525.az xəbər verir ki, Misirin “Əl-Əhram” qəzetinin xəbərinə görə, neft və mineral ehtiyatlar naziri Tarik əl-Molla enerji komitəsinin iclasında yeni kəşflə bağlı açıqlama verib.
Misirdə ilk dəniz qazma quyusu olan "Nergis-1X"dəki qaz ehtiyatının hələ də qiymətləndirmə mərhələsində olduğunu qeyd edən Molla, bu ehtiyatın "Zöhr" yatağından sonra ən mühüm kəşf olduğunu bildirib. Molla vurğulayıb ki, quyudakı ehtiyatın miqdarı ilə bağlı təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
2015-ci ildə İtaliyanın "Eni" şirkəti Misir sahillərində Zöhr bölgəsində təbii qaz kəşf edib.
Qeyd edək ki, "Nergis-1X"də 3,5 trilyon kubfut qaz ehtiyatının olduğu təxmin edilir.
Malik Atilay



