
ABŞ-ın ən böyük banklarından biri olan "Goldman Sachs" gəlirlilik hədəflərinə çatmaq üçün 4 minə yaxın əməkdaşını ixtisar etməyi planlaşdırır.
525.az xəbər verir ki, "Goldman Sachs" bankının rəhbərlərindən aşağı performans göstərənləri müəyyən etmək istənilib. Bankın gəlirlilik hədəflərinə çatmaq üçün 4 minə yaxın işçini ixtisar etməyi planlaşdırdığı və gələn ilin əvvəlində işçi qüvvəsinin 8 faizə qədər ixtisar ola biləcəyi bildirilib.
"Goldman Sachs"ın İcraçı Direktoru (CEO) David Solomonun, fevral ayında təyin etdiyi gəlirlilik hədəfinin geridə qaldığı bildirilərək, bankın pərakəndə bankçılıq müəssisəsi "Marcus" ilə zərər etdiyi qeyd edilib.
Məhəmməd Tağıyev



