
Yaponiyada aparılan sorğu, əhalinin təxminən 65 faizinin hökumətin müdafiə xərclərini maliyyələşdirmək üçün vergiləri artırmaq siyasətinə qarşı olduğunu göstərib.
525.az xəbər verir ki, həftə sonu Baş nazir Kişida Fumio hökumətinin milli müdafiə xərclərini maliyyələşdirmək üçün vergi artımı proqramının ictimai nəticələrini araşdırıb. 2700-dən çox insanın iştirak etdiyi sorğuda iştirakçıların 64,9 faizi müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergilərin artırılması siyasətinə qarşı olduğunu bildirib.
Qeyd edək ki, hökumətin yeni təhlükəsizlik strategiyası keçən həftə elan edilib. İştirakçıların 50,3 faizi isə yeni elan edilmiş strategiyanı bəyəndiklərini bildirib.
Məhəmməd Tağıyev



