
Avropa İttifaqı (Aİ) qurumları iqlim hədəflərinə çatmaq üçün İttifaqın emissiyalarını daha da azaldacaq karbon bazarı islahatı ilə bağlı razılığa gəliblər.
525.az xəbər verir ki, Avropa Şurası, üzv dövlətlərlə Avropa Parlamentinin (AP) müzakirəçiləri arasında, iqlim hədəflərinə nail olmaq üçün hazırlanan Aİ Emissiya Ticarət Sisteminin (ETS) yenidən nəzərdən keçirilməsini ehtiva edən tənzimləmə paketi ilə bağlı danışıqlarda, konsensusun əldə edildiyini açıqlayıb. Açıqlamada, Aİ emissiya ticarəti sisteminin enerji tutumlu sənayelər və elektrik enerjisi istehsalı sektorunda emissiya ehtiyatları və emissiya ticarəti üçün karbon bazarı olduğu və sistemin karbon emissiyalarını azaltmağı hədəflədiyi xatırladılıb.
Qeyd edək ki, ETS-nin 2005-ci ildə qüvvəyə mindiyi xatırladaraq, Aİ ölkələrində, bu günə qədər emissiyaların 41 faiz azaldığı bildirilib.
Məhəmməd Tağıyev



