
"Əlcəzair hakimiyyəti Avropa ölkələri ilə elektrik əlaqəsi layihəsini nəzərdən keçirir".
525.az xəbər verir ki, bunu ölkənin energetika naziri Məhəmməd Arkab deyib. O, həmçinin: "Əlcəzair nəhəng enerji istehsal gücünə görə Avropa ilə elektrik əlaqəsi layihəsini ciddi şəkildə öyrənir", - deyə qeyd edib.
Nazir bildirib ki, Afrika ölkəsi 25 min meqavatdan çox istehsal gücü ilə elektrik enerjisinin əsas istehsalçısına çevrilib. Bununla belə Əlcəzair 17 min meqavat enerji istehlak edir ki, bu da onu enerji mərkəzlərindən birinə çevirir.
Qeyd edək ki, noyabr ayında Əlcəzair layihəyə qoşulmaq üçün müraciət edib. Rusiyanın ərəb ölkəsindəki səfiri Valeryan Şuvayev isə qeyd edib ki, Moskva buna etiraz etmir.
Havar Şəfiyeva



