
İqtisadi çətinliklərlə mübarizə aparan Qana xarici borcunun böyük hissəsinin defolt olacağını açıqlayıb.
525.az xəbər verir ki, Qana Maliyyə Nazirliyindən verilən açıqlamada ölkənin avrobondlar, kommersiya kreditləri və əksər ikitərəfli kreditlər də daxil olmaqla xarici borclarını vaxtında ödəyə bilməyəcəyi açıqlanıb.
"Qana mərhələli ödəniş üçün bütün xarici kreditorlarla danışıqlara hazırdır", - bəyanatda deyilib. Ölkə bu ilin əvvəlində kredit reytinqinin aşağı salınmasından sonra beynəlxalq kapital bazarlarına daxil ola bilmir.
Qeyd edək ki, Qana 3 il əvvəl Beynalxalq Valyuta Fondu (BVF) proqramından ayrılıb, lakin yaşadığı iqtisadi çətinliklərə görə yenidən BVF ilə 3 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.
Malik Atilay



