
Yaponiya Mərkəzi Bankı (BoJ), faiz dərəcələrini dəyişməsə də, gəlir əyrisinə nəzarətdə çevikliyi artırmaq üçün 10 illik dövlət istiqrazlarının gəlirliliyi üçün hədəf bandını 25 baza bəndi genişləndirib.
525.az xəbər verir ki, BoJ-nin dünən başlayan və bu gün sona çatan pul siyasəti iclasında alınan qərarlar açıqlanıb. Müvafiq olaraq, bank siyasət faizini mənfi 0,1 faiz səviyyəsində saxlayıb. Sözügedən qərarı, yekdilliklə qəbul edən BoJ, qeyri-məhdud miqdarda dövlət istiqrazları və illik 12 trilyon yen birja fondlarından (ETFs), həmçinin illik 180 milyard yen Yapon daşınmaz əmlak investisiya fondlarını almağa davam edəcəyini bildirib.
Qeyd edək ki, açıqlanan qərarlardan sonra, Yapon yeni dollar qarşısında möhkəmlənib. Dollar/yen pariteti 133,1 ilə son 4 ayın ən aşağı səviyyəsini görərək 133,2-də sabitləşib.
Məhəmməd Tağıyev



