
Avqust-noyabr dövründə Avropa İttifaqı (Aİ) ölkələrinin ümumi təbii qaz istehlakı, əvvəlki 5 ilin eyni dövründəki orta göstəricidən 20,1 faiz aşağı düşüb.
525.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat), Aİ üzv ölkələrin təbii qaz istehlakı ilə bağlı cari məlumatları dərc edib. Məlumata görə, Aİ-nin avqust-noyabr dövründə təbii qaz istehlakı, 2017-2021-ci ilin eyni dövrünün orta qaz istehlakından 20,1 faiz aşağı olub.
Bu dövrdə, 24 Aİ ölkəsinin təbii qaz istehlakı əvvəlki 5 ilin orta göstəricisindən az olub. Bundan əlavə, Aİ-yə üzv olan 18 ölkədə, təbii qaz istehlakı 15 faizdən çox azalıb.
Qeyd edək ki, təbii qaz istehlakı ən çox azalan Aİ ölkələri 52,7 faizlə Finlandiya, 43,2 faizlə Latviya və 41,6 faizlə Litva olub.
Məhəmməd Tağıyev



