
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin karbon emissiyaları ilə necə məşğul olacağına dair planını Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinə təqdim edib.
525.az xəbər verir ki, energetika naziri Bin Salman, paytaxt Ər-Riyadda AP-nin Xarici Əlaqələr Komissiyasının nümayəndə heyəti ilə görüşüb. Bin Salman iclasda, sözügedən nümayəndə heyətinə ölkəsinin karbon emissiyaları ilə necə mübarizə aparacağına dair planı haqqında məlumat verib və Səudiyyə Ərəbistanının yüksək səmərəli sistemlərə çatmaq üçün enerji sahəsində elmi araşdırma və innovasiyalarda qabaqcıl mərhələlərə qədəm qoyduğunu söyləyib.
Nazir, həmçinin ölkəsinin enerji sahəsində transformasiyaya rəhbərlik etmək səyləri çərçivəsində, təmiz və bərpa olunan enerji texnologiyaları ilə bağlı ən mühüm layihələrini nümayəndə heyətinə təqdim edib.
Qeyd edək ki, normal şəraitdə, Səudiyyə Ərəbistanı gündə orta hesabla 11 milyon barrellə ABŞ-dan sonra dünyanın ikinci ən böyük xam neft istehsalçısı və orta hesabla 7,7 milyon barrel ilə ən böyük ixracatçısıdır.

Məhəmməd Tağıyev



