
"İndiyə qədər 50 qadın sahibkar işğaldan azad edilmiş ərazilərdə iş qurmaq, ora investisiya qoymaq üçün istəyini rəsmən bildirib. Bu da o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında qadın sahibkarların da rolu olacaq".
Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, məhz bu konteksdə qadın sahibkarlığının inkişafı əsas prioritet olmalıdır:
"Bu gün Azərbaycanda fəaliyyət göstərən hər 5 sahibkardan 1-i qadın olsa da, böyük sahibkarlar arasında qadın yoxdur. Orta sahibkarlıqda qadınların payı 8 faiz, kiçik sahibkarlıqda isə 16 faizdir".
Sevinc Qarayeva



