
Qazaxıstan hökuməti "Drujba" boru kəməri ilə Almaniyaya neft göndərə biləcəklərini təsdiqləyib.
525.az xəbər verir ki, Qazaxıstan Dövlət Neft və Qaz Şirkətinin (KazMunayQaz) İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin parlament katibi Mixael Kellner ilə videokonfrans vasitəsilə görüşüb. Paytaxt Astanada olan Almaniya Sol Partiyası Bundestaq üzvü Kristian Görkenin də iştirak etdiyi görüşdə tərəflər Qazaxıstan neftinin Şvedt şəhərindəki neft emalı zavoduna ixracını müzakirə ediblər. Görüş zamanı Almaniya tərəfi Şvedt neft emalı zavodunun ölkənin şərqində yerləşən Brandenburq əyalətinin iqtisadiyyatının "ürəyi" olduğunu və "Drujba" boru kəməri vasitəsilə Qazaxıstandan neft emalı zavoduna sabit xammal tədarükünü arzuladıqlarını bildirib.

Məhəmməd Tağıyev



