
MDB ölkələrinin Üçüncü Departamentinin direktoru Aleksandr Sternik Azov dənizi və Xəzər dənizi vasitəsilə İran və Rusiyanın yaratdıqları yeni ticarət yolunun iki tərəf üçün faydalı olacağını bildirib.
525.az xəbər verir ki, o, “Valday” klubunda “Mərkəzi Asiya və Ukrayna böhranı” adlı konfransın təqdimatında yeni marşrutun üstünlüklərindən danışıb: “Mənim anladığım qədər, Xarici İşlər Nazirliyinin nöqteyi-nəzərindən belə bir marşrutun mövcud olmaq hüququ var. Bu, yüklərimizin Xəzər-Volqa-Azov-Qara dəniz sistemi, daha sonra Bosfor və Avropadan yan keçməklə maneəsiz çıxarılması problemini həll edəcək", - Aleksandr Sternik bildirib.
Sternik Avropa ölkələrinin siyasətini və buna cavabını: “Onlar bizdən yan keçməyi xoşlayırlar, biz də Avropadan yan keçəcəyik”, - sözləri ilə izah edib.
Qeyd edək ki, Rusiya və İran bu layihəyə 25 milyard dollara qədər sərmayə qoyacaq. Onlarla Rusiya və İran gəmisi, o cümlədən sanksiya yükləri daşıyan gəmilər artıq yeni marşrutla hərəkət edir.
Havar Şəfiyeva



